Boyunun ön tərəfi; boyun.
Nə yaxşıdı oban, elin,
Yaraşır kəmərə belin.
Tökülüb gərdənə telin,
Könül sənə bənd olubdu.
(“Fərhad və Şirin”)
*
Dad, aman çəkirəm əlindən fələk,
Şirin kimi gül-camallım görünməz!
Halqa zülfü dal gərdəni bürüyən,
Zənəxdanlı, qoşa xallım görünməz!
(“Fərhad və Şirin”)
*
Xab içində yatmış ikən görəndə,
Siyah zülfün dal gərdənə hörəndə.
Ayılıb dayəsinə cavab verəndə,
Aman dayə, bir sövdayə düşmüşəm.
(“Qulam-Kəmtər”)